Bakıda 21 yaşlı qız itkin düşüb - Fotolar

XƏBƏR
17:07
15 Yanvar 2022
157

Bakıda 21 yaşlı qız itkin düşüb.

Sabah.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu 175 santimetr, orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.

Şəkildəki şəxsi görənlərdən və onun barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

            

Xəbər lenti