Ramiz Göyüşovu şantaj edən jurnalistin 4 il həbsi tələb olundu

XƏBƏR
13:40
14 Yanvar 2022
145

YAP Binəqədi Rayon Təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovdan hədə ilə pul tələb etməkdə ittiham olunan jurnalist Mahir Ələkbərovun (Xəttab) məhkəməsi keçirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

O, “Azadinfo.az” MMC-nin təsisçisi olan Mahir Xəttabın 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Daha sonra Mahir Ələkbərovun vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses yanvarın 18-də davam edəcək

Rəsmi məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan tədbirlərlə M.Ələkbərovun R.Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, görüntülərin silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almasına əsaslı şübhələr müəyyən edilib.

Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti