5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olundu

XƏBƏR
10:40
14 Yanvar 2022
151

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.

Sabah.az xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun əmrinə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı bu vəzifəyə təyin edilib.

Vəfa Hüseynzadə bu təyinata qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.