Yağıntılı hava nə vaxtadək davam edəcək?

ÖLKƏ
10:37
14 Yanvar 2022
284

Səhər saatlarından ölkə ərazisində qarlı hava şəraiti müşahidə olunur.

Sabah.az xəbər verir ki, paytaxt Bakının bəzi ərazilərində qar yerə oturub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, kəskin hava şəraiti günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağıntı axşama doğru tədricən kəsiləcək. Havanın temperaturu gündüz 3-8 dərəcə isti, dağlarda gündüz 0-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gündüz 0-5 dərəcə şaxta olacaq.

Xəbər lenti