“Qardaşlığımız daim olsun”

XƏBƏR
10:05
14 Yanvar 2022
123

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə bağlı paylaşım edib.

Sabah.az xəbər verir ki, səfirin rəsmi tvitter hesabında etdiyi paylaşımda deyilir:

“Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla əlaqələrinin təməli Cümhuriyyətimizin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”ik sözlərinin birləşməsidir”.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələri strateji səviyyədən müttəfiqlik səviyyəsinə qaldıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin imza atdıqları “Şuşa Bəyannaməsi” olub.

“Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30-cu ildönümü mübarək, qardaşlığımız daim olsun”, - deyə səfir qeyd edib.

Xəbər lenti