Bu küçə müvəqqəti bağlandı

XƏBƏR
09:21
12 Yanvar 2022
520

Bakı şəhərinin Nərimanov rayonunda Əlicabbar Orucəliyev küçəsində aparılan yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, xətlənmə işləri çərçivəsində Ə.Orucəliyev küçəsində yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq. Bu səbəbdən həmin küçə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

Sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.

Xəbər lenti