Qardaş bacısının boğazını kəsdi - Bakıda dəhşət

GÜNDƏM
09:15
7 Fevral 2020
163

Bakıda qardaş qısqanclıq zəminində bacısını qətlə yetirib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu H. Əliyev küçəsi 12, mənzil 26-da baş verib.

Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov qısqanclıq zəminində bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı boğaz nahiyəsindən ülgüclə kəsərək qətlə yetirib.

S. Cəfərov daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti