Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib. ⠀
Sabah.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. ⠀
Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.
Daha çox