Avro-2020 təxirə salındı - Rəsmi

İDMAN
17:00
17 Mart 2020
57

Bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020 təxirə salınıb.

Sabah.az xəbər verir ki, bu barədə rəsmən ilk olaraq Norveç Futbol Federasiyasının saytı məlumat yayıb. UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında Norveç də təmsil olunub. Turnirin 2021-ci ilə keçiriləcəyi bildirilib.

UEFA-nın da gün ərzində qərarı elan edəcəyi gözlənilir.

***

"New York Times" nəşrinin müxbiri Tariq Panca bildirib ki, Avro-2020 gələn ilə təxirə salınıb. UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə bununla bağlı qərar verildiyini bildirib. Qurumun turnirin gələn ilin yayında keçirəcəyi vurğulanıb.

UEFA-nın bugünkü videokonfransında qərarın rəsmən elan olunacağı iddia olunub.

Xəbər lenti