Rəsmi açıqlanmasa da, bütün imtahanların vaxtı sızdırıldı - Foto

XƏBƏR
10:05
10 Yanvar 2022
1436

Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların təqvimi yayılıb.

Sabah.az xəbər verir ki, təqvimin yayılması bir sıra müzakirələrə səbəb olub. Ən çox müzakirə olunan isə təqvimin mətbuata necə yol tapması və builki buraxılış imtahanlarının mart və aprel ayında keçirilməsidir.

Təhsil eksperti Kamran Əsədov təqvimin hansısa dövlət qurumu tərəfindən mətbuata sızdırıldığını bildirib:

“Çox təəssüflər olsun ki, 2022-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların təqvimi yenə də açıq şəkildə paylaşılıb. Bəli, bu, yaxın günlərdə açıqlanacaqdı. Amma hansısa dövlət qurumu məxfilik qaydalarına əməl etməyərək, bunu paylaşıb”.

 

Xəbər lenti