AzTV-də polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəşlə öldü

HADİSƏ
15:41
8 Yanvar 2022
1399

Bu gün Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında AzTV-də qeydə alınıb.

Telekanalın Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti