İki ay əvvəl tapdığı “Kalaşnikov”u satmaq istəyirdi, saxlanıldı - Video
Hökməli qəsəbəsində silah satmaq istəyən şəxsə qarşı əməliyyat keçirilib.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən, əvvəllər məhkum olunmuş Mais İsmayılov saxlanılıb.
Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daha çox