Keçmiş məhkumlar arasında bıçaqlanma, biri öldü

XƏBƏR
11:44
8 Yanvar 2022
814

Bakıda qətl hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə yanvarın 7-də Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub.

İstintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti