İranda koronavirusdan daha 135 nəfər öldü

XƏBƏR
16:27
17 Mart 2020
106

İranda ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 135 nəfər ölüb.

Sabah.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Onun sözlərinə görə, İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 1 178 nəfər təşkil edir.

Qeyd edək ki, ümumilikdə ölkədə virusa yoluxanların sayı 16 min 169 nəfər, sağalanların sayı 5 389 nəfər, ölənlərin sayı isə 988 nəfərdir.  

Xəbər lenti