Bakıda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi - Fotolar+Video

HADİSƏ
09:10
7 Yanvar 2022
1026

Bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyyə olunub.

Qeyd edək ki, sözügedən təhsil ocağının köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-cü ildə 960 nəfərlik yeni məktəb binası tikilib.

***

FHN məktəbdəki yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti