DİN-dən şagirdləri döyən direktorla bağlı açıqlama

XƏBƏR
16:39
6 Yanvar 2022
666

Daxili işlər Nazirliyi Bakıda şagirdləri döyən məktəb direktoru ilə bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, hadisə nəzarətə götürülüb:

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Xəbər lenti