Bakıda direktor məktəbdə şagirdləri döydü - Video

ÖLKƏ
15:50
6 Yanvar 2022
1338

Bakıda məktəb direktorunun şagirdləri döyməsini əks etdirən iddia olunan video yayılıb.

Həmin görüntülərin 9 saylı tam orta məktəbdə çəkildiyi deyilir. İddiaya görə, məktəbin direktoru Zinyət Əhmədova iki şagirdə foyedə şillə vurub.

Fotoda: Zinyət Əhmədova

Sabah.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır:

“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Xəbər lenti