“Toya görə götürülmüş kreditlərə cərimə yazılmasın”

İQTİSADİYYAT
15:23
17 Mart 2020
276

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirə olunub.

Sabah.az xəbər verir ki, müzakirə zamanı çıxış edən deputat Naqif Həmzəyev vətəndaşların toy üçün götürdükləri kreditlərə görə ödənişlərin müddətinin uzadılmasını təklif edib:

“Vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər. Buna görə də, onlar banklara borcludurlar. Belə görünür ki, mart və aprel ayında toy mərasimlərini keçirilməyəcək və onlar kreditləri ödəməkdə çətinlik çəkəcəklər. Mümkünsə, banklara müraciət edək, ən azından bu 2 ay ərzində vətəndaşlara gecikmələrə görə cərimələr tətbiq edilməsin.”

Xəbər lenti