Qadın özünü illər öncə atasının da intihar etdiyi kanala atdı - Foto

XƏBƏR
17:53
4 Yanvar 2022
711

Xaçmazda qadının özünü Samur- Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıb.

Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.

Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.

Hazırda axtarışlar davam edir.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

51 yaşlı Səlminaz Rüstəmovanın özünü kanala atmağının təfərrüatı məlum olub. O, əvvəlcə oğluna zəng edərək özünü su kanalına atacağını bildirib və canına qıyıb. Bundan sonra əraziyə polis və FHN-in əməkdaşları gələrək  axtarışa başlayıb.

Bacısı Gülbəhər  Kərimova bildirib ki, hələ bir neçə gün öncə o bacılarına zəng edərək dünyasını dəyişən analarının yanına gedəcəyini deyib.

Araşdırma zamanı məlum olub ki, qadının atası da illər öncə özünü eyni su kanalına ataraq canına qıyıb.

Xəbər lenti