Ramiz Abutalıbov dəfn olundu - Fotolar

ÖLKƏ
13:50
4 Yanvar 2022
972

Yanvarın 1-i Moskvada vəfat edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı, ictimai xadim Ramiz Abutalıbov dəfn olunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, diplomat II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi.

Ramiz Abutalıbov 2016-cı ilin oktyabrından Azərbaycan Prezidenti təqaüdçüsü idi.

Xəbər lenti