“Test edin, test edin, test edin”! - ÜST-ün sədri
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yeni növ koronavirusa (Covid-19) qarşı mübarizənin ən effektli yolu, aparılan testlərin sayını artırmaqdır.
Sabah.az xəbər verir ki, ÜST-ün sədri Tedros Adano Qebreisus, koronavirusa qarşı mübarizədə daha çox test edilməsinə diqqət çəkərək bildirib: "Mesajımız çox sadədir: Test edin, test edin, test edin"!
Xəstələrin simptomlarının bəlli olduqdan sonra təxminən iki həftə ərzində digər şəxslərə də yoluxdura biləcəklərinə diqqət çəkən ÜST sədri, bu yaxınlarda 120 ölkəyə 1.5 milyon test dəstinin göndərildiyini açıqlayıb.
Qeyd edək ki, Qebreisus az inkişaf etmiş ölkələrdə virusun törədə biləcəyi ziyanlardan daha çox narahat olduğunu dilə gətirib.
Daha çox