Koronavirusu ilk xəbər verən həkim öldü - Fotolar
Sabah.az "Report"a istinadən xəbər verir ki, ixtisasca oftalmoloq olan 33 yaşlı həkim müalicə aldığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.
Li Venliyan ötən il dekabrın 30-da “Wechat” messencerindəki qruplardan birində həkim həmkarlarına Uhan Mərkəzi Xəstəxanasında 7 nəfərin SARS-a oxşar virusa yoluxduğu barədə məlumat yazıb. Xəbər dərhal internetdə yayılıb və böyük narahatlığa səbəb olub.
Növbəti gün Li və digər 7 həkim polisə çağırılıb və onlara yalan məlumat yaydıqlarına görə xəbərdarlıq edilib.
Yanvarın 11-də isə həkimdə koronavirusun ilkin əlamətləri olan öskürək və qızdırma müşahidə olunmağa başlayıb. Sonuncu paylaşımında o koronavirusa yoluxduğunu yazıb.
Daha çox