Ağstafada arvadının baltaladığı kişi vəzifəli şəxsin oğludur - Yenilənib

HADİSƏ
15:34
4 Yanvar 2022
1118

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva həyat yoldaşı, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

APA-nın məlumatına görə, qətlə yetirilən Elvin Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, mərhumun iki qız övladı var.

Xəbər lenti