Koronavirus xəstəsi küçədə saxlanıldı
Sabirabad rayonunda koronavirus xəstəsi saxlanılıb.
Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Rayonun Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Daha çox