Özünü ayağından güllələdi
17:58
3 Yanvar 2022
996Göyçay rayonunda yanvarın 2-də Mırtı kəndində B.Muradov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb.
Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürülüb.
B.Muradov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Daha çox