İlk iş günündə Bakıda və Abşeronda hava necə olacaq?
Yanvarın 5-6-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Sabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.
Yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaq.
Daha çox