Qəzada arvadı öldü, nəvələri yaralandı

XƏBƏR
16:04
3 Yanvar 2022
1021

Zərdab rayonunun Şıxbağı kəndi ərazisində bir ailə üzvlərinin düşdüyü qəza baş verib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumatab görə, yanvarın 2-də saat 13 radələrində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdirilib.

Zərdab RPŞ-də araşdırma aparılır.

Xəbər lenti