Oğlunu tüfəngin qundağı ilə vurdu

XƏBƏR
15:05
3 Yanvar 2022
911

İmişli rayonunda ata oğlunu tüfəngin qundağı ilə vurub.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirib.

Y.Rüstəmovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Xəbər lenti