Fransada da karantin elan olundu

XƏBƏR
14:10
17 Mart 2020
55

Fransa Prezidenti Emmanuel Makron ölkədə karantin elan edib.

Sabah.az xəbər verir ki, Fransada qəbul edilən qərara əsasən, bu gündən etibarən yeni növ koronavirus (Covid-19) səbəbindən vətəndaşların evdən çıxışı məhdudlaşdırılıb, sərhədlərlər bağlanıb.

Ölkə miqyasında vətəndaşlara yaxın 15 gün ərzində yalnız market, xəstəxana və işə getmək sərbəst olacaq. Bu qərara riayət etməyənlər isə cəzalandırılacaq. Sərhədlərin isə 30 gün müddətində bağlı qalacağı bildirilib.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların ümumi sayı 6 633 nəfərə, ölənlərin sayı isə 148 nəfərə çatıb.

Xəbər lenti