Bu prospektdə görüləcək işlə bağlı sürücülərə müraciət

XƏBƏR
14:10
3 Yanvar 2022
1013

Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Sabah.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.

Xəbər lenti