Zaqatalada sakinlərin tövlələrini yandıran şəxs tutuldu
Yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib.
Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.
Yanğınların törədilməsində şübhəli bilinən kənd sakini Əhliman Gülməmmədov saxlanılıb.
Daha çox