“Kişilərin öpüşməsini qadağan etməliyik” - Adil Əliyev

ÖLKƏ
13:47
17 Mart 2020
599

“Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsini qadağan etmək üçün təbliğata başlamaq lazımdır”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu təkliflə parlamentin vitse-spikeri Adil Əliyev parlamentdə çıxış edib. O, Baş Nazirin dünənki təlimatını icra etməyə çağırıb:

“Çünki təlimatda ciddi çağırışlar var. Bizim hər birimizin toxunulmazlığı var. Ancaq koronovirusdan toxunulmazlıq səlahiyyətini kimsə bizə verməyib. Məqsədimiz cərimə etmək deyil, təmasdan yayınmaqdır. Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsini qadağan etmək üçün təbliğata başlamaq lazımdır”.

Xəbər lenti