Yaşadığı evin zirzəmisindən meyiti tapıldı

XƏBƏR
13:30
1 Yanvar 2022
1135

Dekabrın 31-də saat 16:00 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin zirzəmisində taplıb.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov Ş.Balayevi qətlə yetirib.

A.Nəcəfov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti