Mağazada pirotexniki vasitələr satan saxlanıldı
17:15
31 Dekabr 2021
789Qobustanda ərzaq mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan şəhər sakini Nicat Cəbrayılov saxlanılıb.
Onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Daha çox