Partlayıcı və tezalışan maddələr satan saxlanıldı
Sabirabadda partlayıcı və tezalışan maddələri satan şəxs aşkarlanıb.
Sabah.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, rayon sakini R.Zeynalovun yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı R.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha çox