Müdafiə naziri generala yeni vəzifə verdi

ÖLKƏ
17:51
30 Dekabr 2021
576

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir.

Xəbər lenti