Prezident bu fərmanlara dəyişiklik etdi
Prezident İlham Əliyev bir neçə fərmanda dəyişiklik edib.
Sabah.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 6 iyul tarixli 173 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 222 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” 2015-ci il 21 dekabr tarixli 712 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Daha çox