Yolu azan erməni qarşı tərəfə təhvil verilib

ÖLKƏ
16:43
29 Dekabr 2021
724

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Sabah.az xəbər verir ki, məlumata görə, bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub:

“Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib”.

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.

Xəbər lenti