Nazirliyin aparat rəhbəri işdən çıxdı

ÖLKƏ
15:30
29 Dekabr 2021
789

Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə vəzifəsindən gedib.

Sabah.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat verib.

“Artıq iş həyatımın növbəti mərhələsini nazirlikdən ayrılaraq digər istiqamətlərdə fərqli statusda inkişaf etdirmək qərarını verdim”, - deyə Eyvazzadə yazıb.

O, fəaliyyətini Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq davam etdirəcək.

Qeyd edək ki, V.Eyvazzadə 2020-ci ilin avqustunda nazirliyin aparat rəhbəri təyin olunmuşdu.

Xəbər lenti