Qardaşını öldürdü, arvadını yaraladı

XƏBƏR
09:58
29 Dekabr 2021
510

Saatlı rayonunda qardaşını öldürən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, dekabrın 28-də rayonun Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və həmin gün xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət  yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Arif Əliyev tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti