Bu gecə Romadan Bakıya çarter reysi var - Vətəndaşların nəzərinə!

XƏBƏR
12:07
17 Mart 2020
60

Azərbaycanın İtaliyadakı Səfirliyi ölkədəki epidemioloji vəziyyətlə əlaqədar vətəndaşlara müraciət edib.

Sabah.az xəbər verir ki, İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş vətəndaşlar üçün 17 mart tarixində axşam saatlarında Roma şəhərindən Bakıya birbaşa çarter reysi həyata keçiriləcək.

Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşların əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.

Ancaq bəzi vətəndaşlarla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlardan təcili olaraq aşağıdakı nömrələrlə əlaqə saxlamaqları xahiş olunur.

Telefon nömrəsi: 06 85305557;

Qaynar xətt: 349 8155582.

Xəbər lenti