İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək

ÖLKƏ
17:27
28 Dekabr 2021
746

“Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır”.

Sabah.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur:

“İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur.

Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir”.

Xəbər lenti