Azərbaycanda daha 3 nəfərdə koronavirus tapıldı

GÜNDƏM
11:46
17 Mart 2020
230

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Sabah.az xəbər verir ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Xəbər lenti