"Messinin atası deyiləm"

İDMAN
08:20
7 Fevral 2020
107

“Barselona”nın baş məşqçisi Kike Setyen komandadan ayrılacağı iddia olunan Lionel Messi haqda danışıb.

Sabah.az xəbər verir ki, o, İspanya mətbuatına açıqlamasında bildirib: "Messi yetkin futbolçudur, özü qərar verməyi bacarır. Messinin atası deyiləm, həyatına qarışmayacağam".

Mən komandadakı oyunçuları xoşbəxt etməliyəm. Messi də məşqlərdə gülür, burda olmağı sevir. Bunu dünən də görmüşəm, əvvəlki gün də”.

Qeyd edək ki, İspaniya mətbuatı son günlərdə “Barselona” rəhbərliyi ilə problemləri olan Messinin Kataloniya klubundan ayrılacağını yazıb. Kapitanın "Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Xəbər lenti