Xocavənddən 2 ton dəmir çıxararkən tutuldu - Video

XƏBƏR
11:58
28 Dekabr 2021
538

Xocavənd rayonuna icazəsiz keçən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Böyük Tağlar kəndindəki nəzarət postunda “Mersedes” markalı yük avtomobilinə “saxla” işarəsi verib.

Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti