Koronavirus xəstəsini aparan təcili yardım maşını qəzaya düşdü - Yaralılar var

HADİSƏ
17:55
27 Dekabr 2021
1084

Şəkidə təcili tibbi yardım maşını qəzaya düşüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Salman Mümtaz küçəsində baş verib.

1988-ci il təvəllüdlü Qax rayon sakini Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayon Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım maşını hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.

Nəticədə təcili yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti