Rövşən Əkbərovun həbs müddəti dəyişdirilmədi
20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirli bilinərək həbs edilən general-leytenant Rövşən Əkbərovun apellyasiya məhkəməsi yekunlaşıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi sabiq birlik komandirinin şikayətini təmin etməyib.
Bakı Hərbi Məhkəməsi tərəfindən R.Əkbərova verilmiş 10 illik həbs cəzası dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Milli Qəhrəman R.Əkbərov bu ilin martında həbs edilib. Qəsdən adam öldürməkdə təqsirli bilinən generala bu ilin oktyabrında hökm oxunub.
Daha çox