Biri dayısını, digəri həmkəndlisini yaraladı

XƏBƏR
12:52
27 Dekabr 2021
603

Kürdəmir rayon sakini tüfənglə dayısını yaralayıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 25-də Rayon Polis Şöbəsinə Qarasu kəndində yaşayan E.Teyyubovun dayısı F.Cəbrayılovu qol nahiyələrindən yaralaması barədə məlumat daxil olub.

Məlum olub ki, E.Teyyubov dayısına məxsus tüfəngdən açdığı atəşlə ona ehtiyatsızlıqdan xəsarət yetirib.

Hadisə yerindən “MR-43” markalı ov tüfəngi götürülüb.

Bənzər insident Göyçay rayonunda da qeydə alınıb. Rayon Polis Şöbəsinə dekabrın 25-də Çarxanlı kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.

Hadisə yerindən “TOZ-53” markalı ov tüfəngi götürülüb. R.Qasımov xəstəxanaya yerləşdirilib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti