İtkin düşmüş şəxs məsciddən oğurluq etdi

XƏBƏR
12:44
27 Dekabr 2021
677

Masallı rayonunda məsciddən oğurluq edən şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olub.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla Z.Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilib.

Xəbər lenti