Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi - Foto
Tükiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov və meneceri Nuray Nurcihan Perker dünən axşam saatlarında məhkəməyə aparılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki şəxs İstanbul Ədliyyə Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məhkəmə “Palmali” şirkətlər qrupunun prezidenti barəsində həbs qərarı verib. Şirkətin meneceri Nuray Nurcihan Perker sərbəst buraxılıb.
Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş adamına məxsus evlərdə axtarış aparılıb.
Daha çox